Meksikanın Syudad-Huares şəhərindəki miqrasiya mərkəzində baş verən yanğın nəticəsində azı 39 nəfər həlak olub.
AZƏRTAC “Milenio” qəzetinə istinadla xəbər verir ki, həlak olanların böyük əksəriyyəti mühacirlərdir.
Yanğın zamanı, həmçinin 100-ə yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb və ya tüstüdən zəhərlənib. Onların bəzilərinin vəziyyəti ağırdır. Yanğının tutularaq ABŞ-la sərhəddəki miqrasiya mərkəzinə yerləşdirilən mühacirlər tərəfindən törədildiyi güman edilir.
Son aylar Syudad-Huares şəhərinə əksəriyyəti Venesueladan olan minlərlə mühacirin gəldiyi bildirilir.