Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus çoxməqsədli “Eurocopter” helikopteri Tabasko ştatının cənub-şərqindəki Sentla bölgəsində qəzaya uğrayıb.
“Report” xəbər verir ki, bu barədə “MILENIO” qəzeti məlumat yayıb.
Qəza nəticəsində ən azı 3 nəfər həlak olub, daha iki nəfər isə ağır yaralanıb.
Hadisə yerinə hakimiyyət nümayəndələri gəlib. Qəzanın mümkün səbəbləri barədə məlumat açıqlanmayıb.
Meksika Hərbi Dəniz Qüvvələri hələlik hadisə ilə bağlı açıqlama verməyib.