Meksika sahillərində 5,9 maqnitudalı zəlzələ qeydə alınıb.
Report xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, episentr 159,8 min nəfərin yaşadığı Mansanilyo şəhərindən 279 km cənub-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.