Meksika körfəzində neft platformasında güclü yanğın - Ölənlər var - VİDEO

Meksika körfəzində “Petróleos Mexicanos” (Pemex) şirkətinə məxsus neft platformasında güclü yanğın baş verib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 2 nəfər ölüb, 1 nəfər isə itkin düşüb.

Pemex şirkətinin yaydığı məlumata görə, yanğın başlayan zaman strukturda işləyən 328 işçidən 321-i artıq təxliyə edilib. Yanğınları söndürmək üçün dörd qayıq göndərilib.

08.07.2023 10:41
313