Mehriban Əliyeva Gövhər Beydullayeva və Abdulla Qədimbəylini təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram hesabında şahmat üzrə gənclər arasında dünya çempionu olan Gövhər Beydullayeva və Abdulla Qədimbəylini təbrik edib.

Musavat.com xəbər verir ki, təbrikdə bildirilir:

"Əziz Gövhər Beydullayeva və Abdulla Qədimbəyli! Parlaq qələbəniz münasibətilə sizi ürəkdən təbrik edirəm! Sizinlə qürur duyuram! Əməyinizə və iradənizə görə sağ olun! Azərbaycana Qələbələr yaraşır!"

 
 
23.10.2022 14:25
726