Mehriban Ələkbərzadə Rozanın oğulluğunu işdən çıxardı

Akademik Milli Dram Teatrının direktoru Mehriban Ələkbərzadə aktyor Corc Qafarovu işdən çıxarıb.

Musavat.com pravda.az-a istinadla xəbər verir ki, bu barədə teatrdan məlumat daxil olub.

Aktyorun işdən çıxarılmasına səbəb ona həvalə edilən roldan imtina etməsi olub.

Teatrın yaradıcı aktyorlarından bir neçəsi Mehriban Ələkbərzadədən Corc Qafarovun teatra qaytarmasını xahiş edib. Lakin direktorun qərarı dəyişməyib.

Xatırladaq ki, aktyor Corc Qafarovu müğənni Roza Zərgərli övladlığa götürüb. O, həm də Qaraçuxur bələdiyyəsinin üzvüdür.

06.09.2024 16:35
5256