Mehmet Öz ABŞ-da yüksək vəzifəyə başladı – Trampın iştirakı ilə and içdi - FOTO

Türk əsilli tanınmış həkim Dr. Mehmet Öz ABŞ-ın ən mühüm səhiyyə qurumlarından biri olan Medicare və Medicaid Xidmətləri Mərkəzinin (CMS) rəhbəri təyin olunub.

Musavat.com xarici mediaya əsasən yazır ki, o, yeni vəzifəsinə rəsmi olaraq Ağ Evdə təşkil olunan andiçmə mərasimi ilə başlayıb.

18 aprel 2025-ci il tarixində Vaşinqtondakı Oval Ofisdə keçirilən mərasimdə ABŞ Prezidenti Donald Tramp da iştirak edib. Rəsmi tədbir media nümayəndələrinin iştirakı ilə baş tutub.

Yeni vəzifəsi çərçivəsində Mehmet Öz ABŞ-da milyonlarla yaşlı, azgəlirli və əlil şəxsin səhiyyə xidmətlərinə çıxışını təmin edən Medicare və Medicaid proqramlarını idarə edəcək. Bu qurumun təkcə böyük büdcəyə nəzarət etməsi deyil, həm də ABŞ-da səhiyyə siyasətlərinə yön verməsi ilə mühüm əhəmiyyət daşıdığı vurğulanır.

Dr. Öz-ün bu kritik vəzifədə hansı siyasət yürüdəcəyi və hansı islahatlara imza atacağı isə yaxın günlərdə bəlli olacaq.

Musavat.com

19.04.2025 10:00
872