Məhkumun qohumunun ayaqqabısından telefon çıxdı - Azərbaycanda OLAY

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb.

Bu barədə Musavat.com-a xidmətdən məlumat verilir.

Bildirilir ki, məhkum Mirhadı Mirtağı oğlu Bağırovla görüşə gəlmiş qohumu Kamran Səfər oğlu Yusifovun üzərinə baxış keçirilən zaman ayaqqabısının içərisində gizlədilmiş mobil telefon aparatı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

25.08.2023 19:13
796