Vəkil Sümbülə Əliyevanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə keçirilib.
Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.
Birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Qeyd edək ki, bu il iyulun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsin hökmünə əsasən, Sünbülə Əliyevaya Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, təyin edilmiş 4 il müddətə azadlıqdan məhrum etmə cəzası 2 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilib. Həbsdə olan Sümbülə Əliyeva məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, ittihama görə, Sümbülə Əliyeva hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığortaları və pensiya fonduna ödənməli olan məbləği dövlət büdcəsinə köçürməyib və mənimsəyib. O, Cinayət Məcəlləsinin 179.3.2 və 213.1-ci maddəsi ilə ittiham edilir. Zərərçəkmiş qismində Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tanınıb.//APA