Məhkəmə sədri təyin edilən xanım hakimlər kimlərdir? - DOSYE

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Günel Əkbərli Hacıqabul Rayon Məhkəməsinin hakimi və sədri, Gülnar Səfərəliyeva isə Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Məhkəməsinin sədri təyin edilib.

Musavat.com məlumatına görə, G.Əkbərli 1983-cü ildə Bakı şəhərində anadan olub.

O, 2011-17-ci illərdə Bakı şəhər prokurorunun İctimaiyyətlə əlaqələr üzrə köməkçisi, 2017-18-ci illərdə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin prokurorluq  orqanlarının fəaliyyətinin təşkili kafedrasının müəllimi-prokuroru, 2018-ci ildən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışıb.

G.Səfərəliyeva isə 1988-ci ildə anadan olub. O, 2010-18-ci illərdə Naxçıvan MR Ali Məhkəməsində məsləhətçi-məhkəmə iclas katibi, 2018-ci ildən isə Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin hakimi vəzifəsində çalışıb.

08.04.2024 14:55
6566