Bakı Apellyasiya Məhkəməsi Nərgiz Absalamova barəsində qərar verib.
Musavat.com report-a istinadən xəbər verir ki, onun ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatət təmin olunmayıb.
Qeyd edək ki, ötən il dekabrın 1-də N.Absalamova barəsində üç aylıq həbs qətimkan tədbiri seçilmişdi. Ona qarşı 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Daha öncə "Abzas Media"nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eləcə də saytın direktor müavini Məhəmməd Kekalov qaçaqmalçılıq ittihamı ilə həbs ediliblər.