Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) hakimləri və prokurorlarından kimsə Rusiya prezidenti Vladimir Putinin həbsinə dair orderi icra etməyə cəhd edərsə, ehtiyatlı olmalıdır.
Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Avropa İttifaqının Rusiya liderinin BCM-nin üzvü olan Monqolustana səfəri ilə bağlı “narahatlıq” bəyanatını şərh edərkən deyib.
“Monqollar BCM-i və avropalı degeneratları 13-cü əsrdən bəri tanınan rus-monqol istiqamətinə göndərdilər. Mən bu yarımçıq “məhkəmə”nin hakimi və prokuroru olsaydım, ən böyük qorxum dəlilərdən birinin onların qanunsuz əmrini yerinə yetirməyə cəhd etməsi olardı. Bu halda onların həyatı bu kağız parçası qədər olmayacaq”, - Medvedyev Telegram kanalında yazıb.
Musavat.com