Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev hesab edir ki, ABŞ bütün planetdə münaqişələri qızışdırmağı o zaman dayandıracaq ki, özündə vətəndaş müharibəsi baş versin.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, eks-prezident öz Telegram kanalında İsrail və Fələstin arasındakı gərginliyi şərh edərək, bu münaqişənin onilliklərdir davam etdiyini və “ABŞ-ın orada əsas oyunçu olduğunu” xatırladıb. “Ancaq bu axmaqlar Fələstin-İsrail nizamlanması üzərində fəal işləmək əvəzinə, bizim üzərimizə gəldidilər və neonasistlərə var gücləri ilə kömək edərək iki yaxın xalqı münaqişəyə sövq edirlər”, - Medvedyev bildirib.
“Amerikanın planetin hər yerində münaqişələri alovlandırmaq üçün maniakal ehtirasını nə dayandıra bilər? Görünür, yalnız ABŞ-ın öz ərazisində başlayan vətəndaş müharibəsi...”, - deyə Təhlükəsizlik Şurası rəhbərinin müavini yekunlaşdırıb.
Musavat.com