Medvedevdən SƏRT AÇIQLAMA:Tramp yeni Kennedi ola bilər

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ABŞ-ın keçmiş prezidenti Donald Trampın Ukraynada müharibəni dayandıra bilməyəcəyini, əks halda həyatının təhlükədə ola biləcəyini bildirib.

Musavat.com xəbər verir ki, bu barədə Medvedev teleqram kanalında yazıb.

“Yorğun Tramp 'mən razılaşma təklif edəcəm' və 'mənim ... ilə əla münasibətlərim var' kimi sadə fikirlər səsləndirir. Ancaq o, sistemin bütün qaydalarına əməl etmək məcburiyyətində qalacaq. Müharibəni nə bir günə, nə üç günə, nə də üç aya dayandıra bilməyəcək. Əgər həqiqətən də buna cəhd etsə, yeni JFK (Con Kennedi) ola bilər".

03.11.2024 10:12
524