“Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Nikol Paşinyanın anti-Rusiya addımlarına görə problemlər yaşayacağını bildirib”.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, telegram-kanalında yazıb.
"Bir dəfə qardaş ölkədən olan bir həmkarım mənə dedi. Artıq mən sizin üçün yadam, məni qəbul etməyəcəksiniz. Cavab verdim ki, səni tərcümeyi-halına görə deyil, əməllərinə görə mühakimə edəcəyik.
Sonra bu adam müharibədə uduzdu, amma qəribə bir şəkildə yerində qaldı. Daha sonra öz uğursuz məğlubiyyətinə görə məsuliyyəti Rusiyaya həvalə etmək qərarına gəldi. Sonra ölkəsinin ərazisinin bir hissəsindən imtina etdi. NATO ilə flört etmək qərarına gəldi və həyat yoldaşı nümayişkaranə şəkildə peçenye ilə düşmənlərimizin yanına getdi.
İndi onu hansı taleyi gözlədiyini təxmin edin,"- deyə Medvedev yazıb.
Musavat.com