"Medica Hospital"da FACİƏ: Ayağı amputasiya edilən qadın ÖLDÜ

Bakıda qadın özəl xəstəxanada ayağının amputasiyası zamanı ölüb.

Bu barədə Musavat.com-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 29-da 1961-ci il təvəllüdlü Nailə Mustafayevanın Xətai rayonunda yerləşən "Medica Hospital" xəstəxanasında sağ ayağının amputasiyası cərrahi əməliyyatı zamanı ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

30.08.2023 18:05
923