MEDİA Nair Əliyevin vəfatı ilə bağlı başsağlığı verdi

Medianın İnkişafı Agentliyi Azərbaycanın Əməkdar jurnalisti Nair Əliyevin vəfatı ilə bağlı başsağlığı verib.

Musavat.com xəbər verir ki, bu barədə Agentliyin paylaşım edib:

"Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi əməkdar jurnalist Nair Əliyevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!", - deyə o qeyd edib.

Qeyd edək ki, Əməkdar jurnalisti Nair Əliyev bu gün uzun sürən xəstəlikdən sonra vəfat edib.

21.08.2024 16:36
769