Fransada son 10 gündə 220 qəbirdə soyğunçuluq faktı aşkarlanıb.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, oğurluq faktı Fransanın 7 qəbiristanlığında baş verib. Qəbirlərdən heykəllərin, müqəddəs su qablarının, eləcə də tunc cənazə bəzək əşyalarının oğurlandığı bildirilir.
Baş verən hadisə ilə əlaqədar qəbiristanlığa kameralar quraşdırılması təklif edilir.
Musavat.com