Türkiyənin Antalya şəhərində açıq havada toy etmək istəyən cütlüyün ümüdləri puç olub.
Musavat.com "oxu.az"a istinadən xəbər verir ki, toy başlayar-başlamaz yağış yağıb. Naəlac qalan təşkilatçılar toy mərasimini 40 metr məsafədə yerləşən futbol meydançasında keçirməyi təklif ediblər.
2,5 saat gecikmə ilə başlayan toy mini futbol meydançasında baş tutub.
Hadisədən sonra məhkəməyə müraciət edən cütlük toyu təşkil edən firmadan 30 min lirə təzminat alıb.