Azərbaycanın Moskvadakı səfirliyində təşkil olunmuş seçki məntəqələri bütün beynəlxalq standartlara cavab verir.
Bunu MDB Parlamentlərarası Assambleyasından (PA) beynəlxalq müşahidəçi Şabdanbek Alişyev Moskvada səsvermə prosesini izlədikdən sonra jurnalistlərə deyib.
“Mən Azərbaycanın Moskvadakı səfirliyində təşkil olunmuş iki seçki məntəqəsində oldum. Məntəqələr texniki cəhətdən yaxşı təchiz olunub və bütün beynəlxalq standartlara cavab verir. İnsanlar kifayət qədər fəal səs verirlər”, - o bildirib.
Ş.Alişyev əlavə edib ki, MDB Parlamentlərarası Assambleyasından təşkilatın 38 nümayəndəsi Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə edir: “Məlumata görə, bütün seçki məntəqələrində səsvermənin təşkili qanunvericiliklə müəyyən edilmiş standartlara uyğundur”./Report