MDB baş katibindən Ermənistan AÇIQLAMASI

Ermənistan MDB-dən çıxmaq istəyi ilə bağlı heç bir siqnal göndərməyib.

Musavat.com bildirir ki, bu barədə MDB-nin baş katibi Sergey Lebedev TASS-a açıqlama verib.

“Bizdə Ermənistanın MDB-dən çıxacağı və ya onun iştirakını zəiflətmək barədə heç bir siqnal yoxdur”, - deyə təşkilatın baş katibi müvafiq sualı cavablandırarkən bildirib.

Lebedev İrəvanda yüksək səviyyəli şəxslərin KTMT-yə üzvlüklə bağlı bəyanatlarına diqqət çəkib:

“Amma sonra dedilər ki, MDB və Aİİ-yə gəlincə, Ermənistan Birlik çərçivəsində qonşuları ilə qarşılıqlı fəaliyyətini davam etdirəcək. Mən buna sevinirəm və ümid edirəm ki, belə də olacaq”.

Musavat.com

19.06.2024 08:33
745