"McDonald's"da kütləvi zəhərlənmə: ölən və zərərçəkənlər var

ABŞ-da McDonald's restoranlarında 49 nəfər bağırsaq çöpləri ilə zəhərlənib.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin rəsmi saytında məlumat verilib.

Mərkəzin verdiyi məlumata görə, Kolorado ştatında yaşlı bir şəxs həyatını itirib. Bir uşaqda isə hemolitik-uremik sindrom inkişaf edib.

Zərərçəkənlərin çoxu McDonald's-da "Royal Cheeseburger" yeməklərini yediklərini bildiriblər.

23.10.2024 09:53
1132