Mbappe zorlamada şübhəli bilinir

"Real Madrid"in və Fransa yığmasının hücumçusu Kilian Mbappe Stokholmda (İsveç) zorlamada şübhəli bilinir.

Musavat.com xəbər verir ki, bu barədə “Expressen” saytı məlumat yayıb.

Mənbənin sözlərinə görə, zorlama iddiasına səbəb olan hadisə Mbappenin qaldığı “Bank Hotel”də baş verib. Hadisə yerindən maddi sübut kimi geyim əşyaları götürülüb. TV4-ün məlumatına görə, qadın şənbə günü, oktyabrın 12-də həkimə müraciət edib. O, futbolçunu cinayətkar adlandırıb.

Mbappe də ortaya çıxan məlumatlara cavab verib. X sosial şəbəkəsindəki səhifəsində bu xəbəri saxta adlandırıb.

Oktyabrın 10-da Mbappe Stokholmdakı gecə klubunda görüntülənib. Bu zaman Fransa yığması Millətlər Liqasında İsraillə qarşılaşıb.

Musavat.com

15.10.2024 15:28
356