“Mazda” Rusiyadakı payını 1 avroya satıb - Ölkədən 82 milyonluq zərərlə gedib

Yapon avtomobil istehsalçısı “Mazda” Rusiya biznesindəki payını 1 avroya satıb.

Azpost.info xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb.

““Mazda” Rusiyadakı aktivlərini “Sollers Auto”ya ötürüb. Müvafiq saziş oktyabrın 24-də imzalanıb. Əməliyyat məbləği 1 avro təşkil edib. “Mazda”nın Rusiya bazarını tərk etməkdən yaranan itkiləri 82 milyon dollardır”, – məlumatda bildirilir.

O da qeyd olunur ki, “Mazda” Rusiyada işini bərpa etmək imkanını görmür.

Şirkətin qərarı Ukraynada hərbi əməliyyatların başlaması və tədarükün qarşısını alan Qərb sanksiyalarının tətbiqi ilə bağlıdır.

10.11.2022 15:51
1038