Moldova prezidenti Maya Sandu ölkə xalqının əksəriyyətinin Avropa yolunu dəstəklədiyini bəyan edib.
Musavat.com bu barədə Rusiya mediasına istinadən bildirir.
Məlumata görə o, prezident seçkilərinin ikinci turunda Avropayönlü namizədlərin seçicilərini özünü dəstəkləməyə çağırıb.
"Referendumun nəticələri Moldovanın Avropa İttifaqına yaxınlaşması istiqamətində strateji kursun konstitusiyaya dəyişikliklər etməsinə imkan verir," – deyə Sandu qeyd edib.