Matevosyan: “Rusiya sərhədçiləri Ermənistanı qorumalıdır”

“Türkiyə ilə sərhəddəki Rusiya sərhəd qoşunları müasir Ermənistanın sərhədlərinin legitimliyinin ən mühüm elementidir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli politoloq Benyamin Matevosyan öz teleqram kanalında yazıb.

Onun sözlərinə görə, bölgədə baş verəcək irimiqyaslı münaqişə zamanı Ermənistanı ruslardan başqa qoruyan olmayacaq.

“Gəlin, hipotetik bir vəziyyəti təsəvvür edək: Ermənistanda konstitusiya islahatları baş verib və buna əsasən ölkə bloklara qoşulmamaq statusunu qazanıb. Bütün bunlar 102-ci hərbi bazanın və sərhədçilərin Ermənistan Respublikasından çıxarılmasına səbəb olacaq. “Gözlənilmədən” Türkiyə ilə hüdudlarda türk qoşunları ilə PKK arasında toqquşma baş verir və terrorçuların (məntdə kürd silahlıları kimi verilib - red.) bir hissəsi Ermənistana qaçır. Sonra nə olacaq? Bundan sonra Türkiyə “Ermənistanda antiterror əməliyyatının başladığını elan edə və “kürd separatçılarını məhv etmək” üçün öz qoşunlarını ölkəyə göndərə bilər. Türkiyənin buna qadir olduğuna şübhə etmirsiz? Rusiya sərhədçilərinin Ermənistanda olması nəyə mane olur? Artıq kimə qarşı quduz təbliğat aparılır?” - deyə Matevosyan qeyd edib.

Musavat.com

21.02.2024 16:12
734