Ermənistan Milli Təhlükəsizlik Xidməti və İstintaq Komitəsi hakimiyyəti qəsb etmək cəhdinin qarşısının alındığını elan edib. Bununla bağlı yerli tv kanallarda xüsusi videoçarx da yayımlanıb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, yerli ruspərəst politoloq Beniamin Matevosyan hadisədə Paşinyanı günahkar çıxaran yazı qələmə alıb.
“Bu strukturların yaydığı videoda başdan-ayağa hər şey mükəmməldir: burada Qarabağdan ermənilər var, Rostovda hərbi düşərgə var, rubllar, ArBat da. könüllülər batalyonu... Çatışmayan təkcə “qəsbkarlardan” birinin döş cibində Vladimir Putinin şəklini saxladığını göstərmək idi.
Görünür, rusofobik video kifayət olmayıb, çünki elə Paşinyandan öyrəndik ki:
Yaxşı, oğlanlar və qızlar, bu dəfə hansı yalanları yayacaqsınız?”,-deyə Matevosyan yazıb.
Musavat.com