Mayın 3-də axşam saatlarında Sabunçu rayonu Maştağa qəsəbə sakini, 1974-cü il təvəllüdlü Roman Əsgərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi və bu gün ölməsi barədə polisə məlumat daxil olub.
Musavat.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Əsgərovu qətlə yetirməkdə şübhəli bilinən Maştağa qəsəbəsi sakini, narkotiklərlə əlaqəli cinayətlərə görə əvvəllər məhkum olunmuş, 1966-cı il təvəllüdlü Rəşid Babayev saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.