“Maskalıların məclisində məni öldürsəydilər, heç kimin xəbəri olmayacaqdı” - VİDEO

"Dava olanda özüm girirəm söhbətə. Bıçaq davası olsa da, girirəm söhbətə. Deyən lazımdır ki, get, otur yerində, bu sənə lazımdır?! Bir-iki dəfə bütöv toy sifarişində belə hadisələrin şahidi oldum".

Bu sözləri müğənni Səidə Sultan qonaq olduğu "Qapqara" verilişində deyib.

Sənətçi Moskvada iştirak etdiyi toyların birində üzləşdiyi təhlükə dolu hadisədən söz açıb. Səidə bildirib ki, məclisdəki maskalı şəxslər onun qonorarını vermək istəməyib:

"Bir dəfə elə bir yerə düşdüm ki... Orada insanların üzü maskalı idi. Bu məclis Moskvada idi. Gördüm ki, onlar pulumuzu vermək istəmirlər. Bəlkə də, orada məni öldürsəydilər, heç kimin bundan xəbəri olmayacaqdı. Bu söhbəti orada özüm həll etməli idim. Toylarda söz-söhbət olanda araya özüm girirəm. Həyat məni hər zaman belə hadisələrlə rastlaşdırır".

bizim media

09.07.2024 12:58
1282