Mask Zukerberqlə döyüşünü canlı yayımlayacaq - FOTO

İlon Mask özünün X sosial şəbəkəsində (keçmiş “Twitter”) “Meta” şirkətinin rəhbəri Mark Zukerberqlə duelini canlı yayımlayacağını bəyan edib.

“Zukun Maska qarşı döyüşü X-də canlı yayımlanacaq”, - iş adamı yazıb.

Onun sözlərinə görə, döyüşdən əldə olunan bütün gəlirlər veteranların xeyriyyə fonduna bağışlanacaq.

Qeyd edək ki, milyarderlərin qarşılaşması Las Veqasdakı arenada baş tutacaq. (Oxu.az)

06.08.2023 22:51
609