Mask yeni idman elektromobili buraxacaq - FOTO

“Tesla” şirkətinin rəhbəri İlon Mask “Roadster” elektrikli idman avtomobilinin ikinci nəslini buraxacağını elan edib.

Bu barədə milyarder özünün “X” hesabında məlumat verib.

Mask iddia edir ki, yeni “Tesla Roadster” bir saniyədən az vaxt ərzində 96 km/saat sürət yığa bilir.

“1 saniyədən az müddətdə 0-dan 100 km/saat sürətləndirmək bacarığı hələ ən az maraqlı olan hissədir”, - iş adamı yazıb.

“Tesla”nın rəhbəri bu günə qədər modelin dizayn mərhələsinin tamamlandığını və avtomobilin dizaynının da yekunlaşdığını təsdiqləyib. İş adamının sözlərinə görə, “Tesla Roadster” kimi başqa bir avtomobil olmayacaq.

Mask həmçinin hesab edir ki, yeni məhsulun təqdimatı tarixdə ən parlaq hadisə olacaq. Onun bu il buraxılacağı gözlənilir, lakin təchizat 2025-ci ildə başlayacaq. 

Screenshot_2.png (205 KB)

29.02.2024 00:49
947