Amerikalı sahibkar İlon Musk hesab edir ki, ABŞ-da Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Trampın ikinci müddəti ABŞ üçün “ən şən dövr” olacaq.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, İ.Mask bu sözləri özünə məxsus X sosial şəbəkəsindəki səhifəsində yazıb.
Qeyd edək ki, Tramp prezident seçilərsə, Maska yüksək dövlət vəzifəsi verəcək.
ABŞ-nin Trampın dövründə “şən həyat” yaşamasına gəlincə, respublikaçı namizədin seçkiqabağı təşviqat kampaniyasının özəllikləri bunun ilk əlamətlərini göstərir. Oktyabrın 30-da prezident Co Bayden Trampın tərəfdarlarını zibillə müqayisə etdikdən sonra Tramp zibil maşını ilə Viskonsin ştatınından keçib və nəinki ABŞ xalqına, eləcə də bütün dünyaya şən ovqat bəxş edib.
Musavat.com