Mask keçmiş "Twitter" əməkdaşına uduzdu

"Twitter" əməkdaşının (indiki "X") İlon Maska qarşı qaldırdığı məhkəmə iddiası təmin edilib.

Musavat.com "Bloomberg"ə istinadən xəbər verir ki, əməkdaş 2022-ci ildə şirkətdəki kütləvi ixtisarlardan sonra İlon Maskdan işdən çıxarıldığına görə tam paket kompensasiya tələb edib.

Vəkil Şannon Liss-Riordan verdiyi açıqlamada bildirib ki, razılaşmaya əsasən, iddiaçı "tam işdən çıxma paketi alacaq".

Onun sözlərinə görə, belə bir qərar işdən çıxma haqqı ilə bağlı digər oxşar işlərə yaşıl işıq yandıra bilər. Liss-Riordan daha 15 işin arbitraj dinləmələrindən keçdiyini və növbəti bir neçə ay ərzində daha qənaətbəxş qərarların veriləcəyini gözlədiyini söyləyib.

O, ümid etdiyini bildirib ki, bu prosesin nəticəsi olaraq, "Twitter"/"X" danışıqlar masası arxasına oturmağa və hamı üçün həll yolu ilə danışıqlar aparmağa hazır olacaq".

Xəbər verildiyi kimi, "X" şirkətinin keçmiş işçiləri işdən çıxarıldıqdan sonra müavinətlərin ödənilməməsinə görə Maska qarşı arbitraj məhkəməsinə təxminən 2,2 min ərizə verib. Dörd ABŞ senatoru işçilərin kütləvi şəkildə ixtisar edilməsindən sonra ABŞ qanunlarını pozmaqda ittiham olunan sahibkara məktub göndərib. Qanunvericilər işçilərin ixtisarı və "yeni layihələrin tələsik işə salınmasından" sonra şirkətin bütün öhdəliklərini yerinə yetirə bilməyəcəyindən ehtiyat edirdilər.

27 oktyabr 2022-ci ildə Mask eyni adlı sosial şəbəkənin sahibi olan "Twitter"i almaq üçün 44 milyard dollarlıq müqavilə bağlayıb. "Twitter"i əldə etdikdən sonra iş adamı kütləvi ixtisarlar həyata keçirib. Nəticədə şirkətin işçi heyəti 7,5 min nəfərdən təqribən 2 min nəfərə qədər azaldılıb.

Musavat.com

24.09.2024 11:08
285