Mask İranın BMT-dəki səfiri ilə gizli yerdə görüşdü

Dünyanın ən zəngin adamı və ABŞ prezidenti seçilmiş Donald Trampın yaxın müttəfiqi İlon Mask İranın BMT-dəki səfiri ilə görüşüb.

Milli.Az "The New York Times"a istinadən xəbər verir ki, görüş bu həftənin əvvəlində baş tutub.

Məlumata görə, görüş Nyu-Yorkda gizli bir yerdə keçirilib və bir saatdan çox davam edib. Görüşə İlon Mask və İranın BMT-dəki səfiri Əmir Səid İrəvani qatılıb. Görüşün əsas mövzusu isə, ABŞ və İran arasındakı gərginliyi necə azaltmaq olduğuna dair olub.

Amma məsələnin maraqlı tərəfi isə İran bu görüşü inkar edərək ABŞ mediasında çıxan xəbərlərə sadəcə təəccübləndiyini bildirib. İran hökuməti bu görüşün heç vaxt baş vermədiyini və yayılan xəbərlərin tamamilə əsassız olduğunu bildirir.

16.11.2024 23:51
456