Mask: “İqtisadi güc uğurlu müharibənin açarıdır”

Amerikalı iş adamı İlon Mask iş adamı Devid Saksın çıxışını dəstəkləyib və deyib ki, istənilən uzunmüddətli münaqişədə uzun müddət ərzində daha ucuz qiymətə müxtəlif sursat istehsal edə bilən ölkə qalib gəlir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, İlon Mask deyib: "İqtisadi güc müharibələr aparmağa imkan verən əsas şeydir".

Xatırladaq ki, Saks F-35 qırıcılarının istehsalı proqramının istehsalın aşağı tempi barədə informasiyaları şərh edərək demişdi ki, bu uğursuzluğun səbəbi tədarük zənciri problemləri və hissələrin baha olması olub.

Musavat.com

25.12.2023 14:18
352