Mask: "İqlim dəyişikliyi dünyanın sonunu gətirməyəcək"

Amerikalı sahibkar İlon Musk hesab edir ki, iqlim dəyişikliyi “dünyanın sonuna gətirib çıxarmayacaq”.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, bu barədə  X (əvvəllər Twitter) sosial şəbəkəsindəki  səhifəsində yazıb.

“İqlim dəyişikliyi, bildiyimiz kimi, dünyanın sonunu mütləq gətirməyəcək. İnsanlar səylə işləməyə davam etsələr, bəşəriyyət nəhayət dayanıqlı enerji problemini həll edəcək”, - Mask yazıb.

Bundan əvvəl ABŞ prezidenti Co Bayden demişdi ki, bəşəriyyətin üzləşdiyi əsas ekzistensial təhlükə nüvə müharibəsi ehtimalını deyil, qlobal istiləşmə adlandırıla bilər.

Musavat.com

 

11.09.2023 14:35
405