Mask Harrisi yalançı, demokratları isə cinayətkar adlandırdı

Amerikalı ixtiraçı, milyarder İlon Mask Kamala Harrisin Donald Tramp haqqında dediklərini yalan adlandırıb.

Musavat.com xəbər verir ki, bu barədə iş adamı “X” sosial şəbəkə hesabında yazıb.

Mask həmin statusunda Harrisin Trampın yenidən seçiləcəyi təqdirdə “diktator olacağına” dair iddiasının yalandan ibarət olduğunu bildirib.

Amerikalı milyarder həmçinin ABŞ Demokratlar Partiyasının cinayətkarlar partiyası olduğunu bildirib.

Sosial şəbəkələrində o, demokratları cinayətkarlara qarşı yumşaq davrandıqlarına görə qınayıb və bunu canilərin böyük əksəriyyətinin demokratlara səs verməsi ilə əlaqələndirib.

“Demokratlar Partiyası sözün əsl mənasında cinayətkarların partiyasıdır”, - deyə Mask bildirib.

Musavat.com

03.09.2024 12:29
280