"SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask dünən İrəvanda başa çatan WCIT 2024 Dünya İnformasiya Texnologiyaları Konqresinə yazılı salam göndərib.
Musavat.com publika.az-a istinadən xəbər verir ki, mesajı amerikalı erməni iş adamı Razmik Hovakimyan oxuyub.
Mask şəxsən İrəvana gələ bilmədiyindən təəssüfləndiyini bildirib və növbəti əlverişli fürsətdə bunu edəcəyinə söz verib.
O qeyd edib ki, Ermənistanla layihələri, o cümlədən "Starlink" peyk internetinin buraxılması, kosmos və süni intellekt sahəsində erməni axtarış şirkətləri ilə əməkdaşlıq etməkdən məmnun olacaq.