Mask: “Çin istehsal gücünə görə ABŞ-ı geridə qoyub”

Amerikalı sahibkar İlon Mask hesab edir ki, Çin istehsal gücünə görə ABŞ-ı ötüb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, milyarder bu bu fikri özünə məxsus olan X sosial şəbəkəsindəki səhifəsində yazıb.

Bundan əvvəl ABŞ senatoru Marko Rubio (Floridalı respublikaçı) Çinin 2015-ci ildə iqtisadiyyatın əsas sektorlarında ABŞ-ı ötmək üçün qarşıya qoyduğu məqsədə çatmağa yaxın olduğunu bildirib.

Onu da qeyd edək ki, Maskın rəğbət bəslədiyi prezidentliyə namizəd Donald Tramp da ABŞ-nin Rusiya ilə çəkişməni dayandıraraq öz gücünü “dünya divi”nə çevrilməkdə olan Çini durdurmağa sərf etməli olduğunu bildirir.

Musavat.com

27.09.2024 13:18
297