İlon Mask ABŞ Prezidenti Co Baydeni onun keçmiş fəaliyyəti ilə bağlı yalan danışmaqda və qanun pozuntularında ittiham edib.
Musavat.com xəbər verir ki, Mask, X platformasında (əvvəlki Twitter) paylaşımında, ABŞ-a tələbə vizası ilə gəldiyini və həmin vaxt qanunlara tam əməl etdiyini vurğulayıb. O, Baydenin "qanunları pozaraq işlədiyini" iddia etməsinin əsassız olduğunu bildirib və əlavə edib ki, iş icazəsi olub.
Maskın bu mövzuda sərt tənqidi, ABŞ-da miqrant axınına nəzarət və miqrantlarla bağlı mövcud siyasətlərin sərtləşdirilməsi fonunda gəlib.
Musavat.com