Mask Almaniyanın vitse-prezidentini təhqir etdi

Amerikalı milyarder İlon Mask Almaniyanın vitse-prezidenti və iqtisadiyyat naziri Robert Habeki səfeh adlandırıb.

Bununla bağlı Mask özünün "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib. "Habek səfehdir", - Mask yazıb.

Mask Habekin "X" və "TikTok" sosial şəbəkələrinin alqoritmləri üzərində kütləvi senzura və nəzarəti müzakirə etdiyi barədə məlumat verən "Wall Street Silver" hesabının paylaşımını belə şərh edib.

Paylaşımda, həmçinin qeyd olunub ki, Habek Almaniyadakı bütün atom elektrik stansiyalarının bağlanması ideyası üçün lobbiçilik edib, buna görə də, Almaniya dünyada elektrik enerjisinə ən çox xərc çəkənlər arasındadır.//Oxu.Az

11.11.2024 02:12
431