Türkiyədə maşın 5 metr hündürlükdən bir evin bağçasına düşüb.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin Ordu şəhərində rayon mərkəzinə gedən Mehmet Başın idarə etdiyi avtomobil idarəetmədən çıxaraq 5 metr hündürlükdən evin bağçasına düşüb.
Aşan avtomobil tərs çevrilib. Qəza zamanı 3 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
Musavat.com