Masazırda dana ticarət mərkəzinə girdi - VİDEO

Masazırda yük maşınından qaçan dana ticarət mərkəzini bir-birinə qatıb.

Musavat.com xəbər verir ki, hadisə “Masazır Mall” ticarət mərkəzində baş verib.

Yük maşınından qaçan dana ticarət mərkəzində mağazalardan birinə daxil olub. Vitrinləri dağıdan, aləmi bir-birinə qatan dananı bir neçə saat sonra saxlamaq mümkün olub.

Musavat.com

24.05.2025 13:10
615