Masallıda şagird özünü məktəb binasından atdı

Masallıda məktəbli qız intihara cəhd edib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Masallı rayon 1 saylı orta məktəbdə baş verib. Məktəbin 9-cu sinif şagirdi sinif yoldaşlarından biri ilə mübahisə edib. Daha sonra məktəbin pəncərəsindən özünü aşağı atıb.

Qız təcili xəstəxanaya çatdırılıb. Vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

16.01.2023 15:13
867