Masallıda ana və körpəsi öldü - Fotolar

Masallıda baş verən yol qəzasında ana və azyaşlı oğlu ölüb.

Qəzada ölənlər Əminə Fərəcova və oğlu, 2022-ci il təvəllüdlü Aslan Fərəcovdur. Qəzada xəsarət alanlar "Kamaz"ın sürücüsü Rəşid Nəsirov və "Kia"nın sürücüsü Şəhriyar Fərəcovdur.

***

Səhər saatlarında Masallı rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com-un APA-ya istinadla məlumatına görə, hadisə Ələt-Astara magistralında, Masallı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

"Kamaz" və "Kia" markalı maşınların toqquşması nəticəsində 2 nəfər ölüb, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək. Faktla bağlı araşdırma aparılır.

23.12.2022 10:38
874