Masallıda adam öldürən şəxs saxlanılıb

Masallıda adam öldürən şəxs saxlanılıb

Musavat.com APA-ya istinadla xəbər verir ki, bu gün axşam saatlarında Masallıda qətl hadisəsi baş verib.

Masallı rayonunun Musaküçə kənd sakini, 1998-ci il təvəllüdlü Elməddin Kərim oğlu Kərimova bıçaqla kəsilmiş-deşilmiş xəsarətlərlər yetirilib. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Buna baxmayaraq, E.Kərimov aldığı xəsarətlərdən dünyasını dəyişib.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması üçün tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.

 

19.09.2023 01:03
636