Masallıda 5 yaşlı uşağı avtomobil vuraraq ağır xəsarət yetirib

Masallı rayonunda azyaşlının ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, avtomobil yolu keçən 2019-cu il təvəllüdlü Kərimova Fatimə Şəhriyar qızını vurub.

Yaralı əvvəlcə rayon mərkəzi xəstəxanasına, daha sonra o Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona açıq kəllə-beyin və baş-beyinin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

 

03.07.2024 08:00
513