2020-ci ildəki fəlakətli savaşdan sonra sülh şüarları altında hakimiyyətini qoruyan Paşinyan iqtidarının xarici siyasəti artıq iflasa uğradı və indi onlar mövcud vəziyyətə görə məsuliyyət daşıyırlar.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Milli Tərəqqi Partiyasının lideri, Ayk Marutyan danışıb.
Qeyd edək ki, Marutyan son İrəvan seçkilərində ikinci sırada olmasına rəğmən ciddi nüfuz qazanıb. Yerli mətbuat Qərbin onu Paşinyanın “B” variantı olaraq gözdən keçirdiyini bildirir.
Musavat.com