Marukyan: Köçəryan və Sarkisyan Paşinyanın reytinqini ikiqat artırırlar  

 

“Parlaq Ermənistan” partiyasının sədri, keçmiş səfir Edmon Marukyan bildirib ki, eks-prezidentlər Robert Köçəryan və Serj Sarkisyan hazırkı baş nazir Nikol Paşinyanın reytinqini iki dəfə artırırlar.

Musavat.com-un erməni mediasına istinadən verdiyi xəbərə görə, Marukyanın sözlərinə görə, Köçəryan və Sarkisyanın yeni müxalifət qüvvələrinin yaranmasına və ya müxalifət meydanında siyasi qüvvələrin fəaliyyətinə mane olması barədə bəyanatları reallığı əks etdirmir. “Onlar Ermənistanın gələcəyi naminə Nikol Paşinyanın getməsini istədiklərini bildirirlər. Lakin əgər həqiqətən də Köçəryan və Sarkisyan Paşinyanın getməsini istəyirlərsə, bununla yanaşı, onun reytinqinin artmasına töhfə verməməlidirlər. Sosioloji sorğulara görə, Paşinyanın reytinqi ayrı-ayrılıqda bir rəqəmdir, lakin eyni reytinq Köçəryana və ya Sarkisyana qarşı qoyulduqda ikiqat artır,” - deyə Marukyan vurğulayıb.

Marukyan əlavə edib ki, Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması maraqları baxımından keçmiş prezidentlər seçki yarışından geri çəkilməlidirlər. “Köçəryanla Sarkisyanı bütöv hesab edənlər var, lakin bu belə deyil. Onların hər biri digərinin uğurunu istisna etməyə çalışır. Aralarında güclü rəqabət var və onlar bir-birinə Nikol Paşinyan və onun tərəfdaşlarından daha çox nifrət edirlər. Ona görə də bu daxili rəqabət və mübarizənin nəticəsi Paşinyanın uğurudur,” - deyə Marukyan qeyd edib.

Musavat.com

24.10.2024 14:40
301