“Tərəflərdən biri danışıqlardan imtina etdikdə bu o deməkdir ki, danışıqlara alternativ olaraq öz maraqlarını irəli sürmək üçün daha çox imkanlar görür”.
Musavat.com xəbər verir ki, bu barədə ermənilərin münaqişə üzrə eksperti Artur Martirosyan bildirib.
Ekspert qeyd edib ki, indiki mərhələdə Azərbaycan üçün bir nömrəli vəzifə Zəngəzur dəhlizi məsələsidir, lakin tərəflər onun necə işləyəcəyi və ona kimin nəzarət edəcəyi barədə razılığa gələ bilmirlər:
“Eyni zamanda, Azərbaycan tərəfi artıq həm Qarabağdan (mətndə Martirosyan həyasızlıqla “işğal” sözünü işlədir - red.), həm də Naxçıvandan kommunikasiyaların tikintisinə külli miqdarda vəsait yatırıb, Ermənistan ərazisində yalnız bir hissəsi qalıb. Azərbaycan ilk növbədə bu məsələnin həllində israrlıdır”.
Onun sözlərinə görə, bunun fonunda bəlkə də bilərəkdən və ya məlumatsızlıqdan Paşinyan danışıqlarda Azərbaycanın mövqeyini əhəmiyyətli dərəcədə gücləndirən bir sıra addımlar atır.
“Bunlardan biri də baş nazirin irəli sürdüyü “sülhün kəsişməsi” layihəsidir. Layihənin həyata keçirilməsi, deməli, bütövlükdə ölkənin iqtisadi perspektivləri Azərbaycan tərəfinin iradəsi ilə bağlıdır ki, bu da Bakının mövqeyini gücləndirməyə bilməz”, - deyə Martirosyan qeyd edib.
Musavat.com